Ənənəvi duşlardan fərqli olaraq, macəra duşlarında su oyunları, müxtəlif ətirlər və aromalar, rəngli işıqlar vardır. Macəra duşlarında nəzarət cihazları, ətir dağıtıcı ünitələr, işıqlandırma və səs effektləri olur. Macəra duşu SPA mərkəzlərində ən çox üstünlük verilən duş növüdür. Sauna və buxar otağı istifadəsindən sonra rahatlamaq məqsədilə orijinal atmosferdə fərqli su effektləri, işıq, səs və musiqi sədaları ilə əyləncə məqsədilə istifadə olunur. Sauna və buxar otağı istifadəsindən sonra vücudu sərinlətmək , qan dövranını sürətləndirmək məqsədilə girilən bu duşlar həmçinin görmə, toxunma və qoxu alma hisslərinə də müsbət təsir edir.