İş saatımız
09:00 -19:00

Sauna 40-90 °C istiliyi olan , insanların oturabiləcəkləri vəya uzanabiləcəkləri qədər büyüklükdə olan xüsusi taxtadan  yığılmış isti hava hamamıdır.  Sauna isti və quru atmosfer ilə istifadəçilərə tərləməklə rahatlama imkanı verir. Saunada 5-15% nəmin olması insanın sauna içində yüksək tmperaturda dura bilməsinə imkan yaradır. Sauna içində oturma qruplarında hissedilən istilik qatlardan yuxarı çıxıdqça dəyişməkdədir. Bunun üçün saunaya ilk olaraq başlayanların yataraq saunada qalmaları daha uyğundur. Bu şəkildə vücudun hər bölgəsinə eyni istilik dəymiş olur. İdeal sauna istiliyi 75-85 °C dir. Saunada ortalama qalma vaxtı 10-15 dəqiqədir. Sauna istifadəsi sadəcə tər atmaqla məhdud deyildir. Saunadan çıxdıqdan sonra vücudumuzun normal istilik tarazlığınıı qazanması üçün sərin duş almaq şərtdir. Duş alarkən ayaqlardan başlayaraq yavaş bir şəkildə vücud soyutulmalı və normal istilik tarazlığı  alınmalıdır.

Saunadan istifadənin insan sağlamlığı üçün aşağıdakı faydaları vardır.

1. Stresi azaldır, əsəbləri sakitləşdirir.

2. Əzələləri rahatlaşdırır, əzələ və oynaqlardakı ağrıları azaldır.

3. Dərini cavanlaşdırır və ölmüş hüceyrələrdən təmizləyir.

4. Yuxu pozğunluğunu aradan qaldırır.

5. Ürək-damar sistemini möhkəmləndirir.

6. Immuniteti möhkəmləndirir və s.

WhatsApp chat