İş saatımız
09:00 -19:00

Müasir dövrdə yeni ortaya çıxan müalicə növlərindən biri duz terapiyasıdir. Son illərdə bütün nəfəs yolu xəstələri və astma müalicəsi üçün dünyadakı duz mağaralarina edilən ziyarətlər təbii duz havasının inanılmaz faydalı üsusiyyətlərinə görə artmaqdadır.
Duz terapiyası həm də “HALOTERAPİYA” adlanır. Aparılan təcrübələr nəticəsində duz terapiyasının nəfəs yolu və dəri xəstəlikərinin bir çox növlərinin müalicəsində olduqca faydalı olduğu təsdiqlənmişdir.
Duz Terapiyasi XIX əsrin ortalarında Polşalı Felix Botchkowskinin duz mədənlərində çalışan işçilərin ağciyər xəstəliklərinə tutulmadıqlarını kəşf etməsi ilə başlamışdır.
Duz Otağı, otaqda hər tərəfin təbii qaya duzları istifadə edilərək tikilmiş, Halogenerator vasitəsi ilə içəriyə püskürtülən farmakoloji duz aerosollarını tənəffüs etiyimiz məkandır. Duz terapiyasının seansi 45 dəqiqə olur. Duz Otağının müalicəvi dəyəri təsdiqlənmiş olduğundan, aşağıdaki problemləri olan insanlar üçün çox faydalıdır:

  • Nəfəs yolu xəstəlikləri
  • Astma xəstəliyi
  • Bronxit
  • Ağciyər iltihabı
  • Soyuqdəymə və grip
  • Öskürək
  • Qulaq infeksiyaları
  • Stress
  • Larengit
  • Farengit
  • Pnevmaniya
  • Allergiya
  • Sinuzit və s.
WhatsApp chat