İş saatımız
09:00 -19:00

Buxar otağı saunadan sonra istifadə edilməsi tövsiyyə edilən isti otaqdır. Saunaya girildiyində saunanın quru istiliyi səbəbilə tər dəri üzərində quruyur. Bu səbəbdən saunadan sonra vücudda quruyan tərin atıla bilməsi üçün buxar otağından istifadə edilməsi tövsiyyə edilir. Buxar otağı, adından da məlum olduğu kimi rütubət miqdarının çox yüksək olduğu bir otaqdır. Buxar otağında rütubət miqdarı 100 % ə yaxındır, ancaq temperatur 45-60 °C olur. Otaqda rütubətin çox yüksək olması yuxarı tənəffüs yolları üçün çox faydalıdır. Buxar otağında bədəndə maye itkisi az olur və bədən ətrafdan da aldığı maye sayəsində toksinləri vücuddan uzaqlaşdırarkən maye itkisinə məruz qalmır. Buxar odağındaki temperatur qan dövranı sistemini sürətləndirir və qandaki oksigen miqdarı artım göstərir. Buxar otağından istifadə müddəti 15 dəqiqədən artıq olmaması lazımdır.

WhatsApp chat